Xəzər Xəbər

Qız imtahan nəticələrini öyrənməyə getdi, qayıtmadı

Hadisə | 17:12 • 17 Avqust 2018
Qız imtahan nəticələrini öyrənməyə getdi, qayıtmadı

Lənkəranda imtahan nəticələrini öyrənməyə getmiş abituriyent geri qayıtmayıb.

Trend-in məlumatına görə, avqustun 15-də Lənkəran rayonu Şirinsu kənd sakini 1978-ci il təvəllüdlü Qurbanov Nazim Nəzər oğlu Lənkəran rayon poliş şöbəsinə müraciət edərək övladı 2001-ci il təvəllüdlü Qurbanlı Təravət Nazim qızının həmin gün imtahan nəticələrini öyrənmək üçün Lənkəran şəhərinə getdiyini və geri qayıtmadığını bildirib.

Faktla bağlı Lənkəran RPŞ-də araşdırma aparılır.

Xəbər lenti