Xəzər Xəbər

FHN Balakəndə itən şəxsi axtarır

Hadisə | 15:03 • 14 Avqust 2018
FHN Balakəndə itən şəxsi axtarır
Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun axtarışları davam etdirilir.


Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə bildiriblər ki, S.Ramazanovun itkin düşdüyü ehtimal olunan əraziyə yaxın su hövzələrində nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışlar aparılır.


Eyni zamanda, Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər çayətrafı və oraya yaxın ərazilərdə axtarışlar həyata keçirirlər. Əlavə məlumat veriləcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti