İmişlidə yol qəzası baş verib.
Hadisə rayonun Qaralar kəndində qeydə alınıb.
İlham Cavadovun idarə etdiyi "Mercedes” markalı avtomobil yolun kənarında dayanan digər "Mercedes” markalı avtomobilə çırpılıb.
Nəticədə avtomobildə olan 1958-ci il təvəllüdlü Cavadova Nazimə Miradəm qızı və onun azyaşlı qızı, 2005-ci il təvəllüdlü Cavadova Arəstə İlham qızı müxtəlif dərəcəli xəsarətlərlə İmişli rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İmişli polis şöbəsində araşdırma aparılır. (APA)