Xəzər Xəbər

Bakıda bıçaqlanma - saxlanılan var

Hadisə | 11:30 • 26 İyul 2018
Bakıda bıçaqlanma -

Bakı sakini bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 21-də saat 14.00 radələrində Bakı şəhər sakini Ədalət Həmidovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və 1-ci Alatava küçəsində Murad adlı şəxsin Ə.Həmidova bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Murad Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti

Çox oxunanlar