Xəzər Xəbər

Kürdəmirdə ögey oğlunu öldürən ata tutulub

Hadisə | 12:21 • 23 İyul 2018
Kürdəmirdə ögey oğlunu öldürən ata tutulub

Daxili İşlər Nazirliyi ögey atanın 5 yaşlı uşağı öldürməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Kürdəmir rayonunun Pirili kəndi ərazisindəki fermaların birində iyulun 16-da 5 yaşlı Murad Bayramovun atdan yıxılması, aldığı xəsarət nəticəsində iyulun 21-də öldüyü barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat tədbirləri nəticəsində uşağın ögey atası, fermada yaşayan və işləyən, əvvəllər məhkum olunmuş Abdulla Abdullayev tərəfindən iyulun 16-da ağac parçası ilə döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə A.Abdullayev tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
328 | 10:06 • 27 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024