Fövqəladə Hallar
Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil
olmuş məlumata əsasən, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi
yaxınlığındakı meşə zolağında yanğın baş verib.
FHN-dən XəzərXəbər-ə bildiriblər ki, yanğının söndürülməsinə nazirliyin Dövlət Yanğından
Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin
"Mi-17” helikopteri cəlb olunub. Əlavə məlumat veriləcək.