Xəzər Xəbər

Evdən çıxa bilməyən ağır çəkili qadını FHN xilas etdi

Hadisə | 10:47 • 15 İyun 2018
Evdən çıxa bilməyən ağır çəkili qadını FHN xilas etdi
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan 1948-ci il təvəllüdü Əhmədova Seyidxanım Qəndalı qızının halının kəskin pisləşməsi ilə əlaqədar onu təcili xəstəxanaya çatdırmaq zərurəti yaranıb, lakin ağır çəkili olduğundan bu mümkün olmayıb.


XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.


Xəstənin təcili xəstəxanaya çatdırılmasına kömək məqsədilə xilasedicilər S.Əhmədovanı evdən çıxarıb və həkim briqadasına təhvil veriblər. Əməliyyat başa çatıb.

Xəbər lenti

Çox oxunanlar