Xəzər Xəbər

Tarlada dərmandan zəhərlənən 24 nəfərdən Xəbər var

Hadisə | 12:19 • 11 İyun 2018
Tarlada dərmandan zəhərlənən 24 nəfərdən

"Pambıq sahəsində zəhərlənən xəstələrin vəziyyəti orta ağırdır”.

Bunu AzNews.az-a açıqlamasında Respublika Toksikologiya Mərkəzinin baş həkimi Azər Maqsudov deyib. Onun sözlərinə görə, artıq xəstələrin hüşu yerindədir:

"Xəstələr uyunun 10-da saat 16:00-da Mərkəzə gətirilib. Lazımi müayinə edilib, müalicə prosesi davam etdirilir. Şikayətləri var, zəifdirlər. Amma həyatları ilə bağlı heç bir təhlükə yoxdur”.

Azər Maqsudov xəstələrin alaq otlarına qarşı istifadə edilən kimyəvi maddədən zəhərləndiyini qeyd edib: "Ola bilər, özlərini qorumayıblar, qaydaları pozublar”.

Qeyd edək ki, Saatlıda kütləvi zəhərlənmə baş verib. Kimyəvi maddədən zəhərlənən 24 nəfər Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstələrin 4-nün vəziyyəti ağır olduğundan onlar iyunun 10-da Respublika Toksikologiya Mərkəzinə gətirilib.

Xəbər lenti

Çox oxunanlar