Cəlilabad Rayon Polis
Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri ilə
qışlaqdan yaylağa aparılan sürüdən xırdabuynuzlu heyvanları oğurlayan
şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə iyunun 8-də Cəlilabad RPŞ-yə rayon ərazisində Lerik
kənd təsərrüfatı istehsalı müəssisəsinə məxsus 56 baş qoyun və 3 baş
keçinin oğurlanması ilə bağlı müraciət daxil olub. Polis əməkdaşlarının
"isti izlərlə" keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində
ümumi dəyəri 11500 manat olan xırdabuynuzlu heyvanları oğurlamaqda
şübhəli bilinən şəxslər saxlanılıb.
Onların Cəlilabad
rayonun Uzuntəpə kənd sakinləri Ruhid Paşayev, Sarəddin Həsənov, Murad
Abdullayev, Taleh Fərzəliyev olduqları müəyyən edilib. Adıçəkilən
şəxslərin oğurluğu heyvanların qışlaqdan yaylağa aparıldığı müddətdə Cəlilabad
rayonunun Uzuntəpə kəndi ərazisindən keçdiyi vaxt törətdikləri məlum
olub. Oğurlanmış heyvanlar sahiblərinə təhvil verilib. Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.