Ermənistan silahlı
qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı
pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 92
dəfə pozub.
Bu barədə XəzərXəbər-ə Azərbaycan Müdafiə Nazirliyinin
mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası
Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan
rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax
rayonunun Qaymaqlı, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız
yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Cəvahirli, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.