Xəzər Xəbər

50 yaşlı kişi itkin düşdü

Hadisə | 10:27 • 5 İyun 2018
50 yaşlı kişi itkin düşdü

Qusar sakini itkin düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhər sakini Nüşabə Nurməmmədova polisə müraciət edərək ruhi əsəb xəstəsi olan həyat yoldaşı, 1968-ci il təvəllüdlü Camid Nurməmmədovun 12.05.2018-ci il saat 22:30 radələrində evdən çıxdığını və qayıtmadığını bildirib.

Aparılan ilkin əməliyyat-axtarış tədbirləri nəticəsində onu tapmaq mümkün olmayıb.

Onun əlamətləri: boyu 160 sm, orta bədən quruluşlu, uzunsov sifət, taxma dişləri, burnu düz, qara saçlı və gözlərinin rəngi qarışıqdır.

Evdən çıxarkən əynində üç düymə, üzərində qəhvəyi rəngli kvadratlar olan, süd rəngli köynək, boz jaket, tünd göy parça gödəkçə, qara şalvar və qəhvəyi parça ayaqqabı olub.

Onun barəsində məlumatı olan şəxslərdən Qusar Rayon Polis Şöbəsinə (023) 385-28-03, 385-28-35, 385-43-19, (070) 626 -12 -20 və "102” nömrəli telefonlara zəng vurmaq xahiş olunur.

Xəbər lenti