Xəzər Xəbər

Sabirabadda evdən 5 min manat pul oğurlanıb

Hadisə | 12:41 • 31 May 2018
Sabirabadda evdən 5 min manat pul oğurlanıb

Sabirabadda evdən 5 min manat pul oğurlayan şəxs tutulub.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, mayın 30-da Sabirabad Rayon Polis Şöbəsinə cari ilin aprel ayından may ayının 29-dək olan müddətdə Nərimankənd kəndindəki evlərin birindən ümumilikdə 5000 manat pulunun oğurlandığı barədə müraciət daxil olub.


Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində şübhələr ev sahibinin nəvəsinin üzərində cəmlənib və o, saxlanılıb. Törətdiyi cinayət əməlini etiraf edən babasının adaşı olan Bəxtiyarın həmin məbləği ayrı-ayrı vaxtlarda oğurladığı müəyyən edilib. Axırıncı dəfə oğurladığı 300 manat maddi sübut kimi polis əməkdaşları tərəfindən ondan götürülüb.


Faktla bağlı cinayət işi başlanılıb.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
326 | 10:06 • 27 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024