Xəzər Xəbər

Göygöldə ağır qəza: 2 ölü, 1 yaralı var - VİDEO

Hadisə | 14:38 • 26 May 2018
Göygöldə ağır qəza: 2 ölü, 1 yaralı var -

Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Xezerxeber.az məlumat verir ki, "KamAZ" markalı yük avtomobilinin Dozular kəndində dərəyə aşması nəticəsində hadisə yerində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Xəsarət alan şəxlsərdən Gəncə sakini, 1983-cü il təvəllüdlü Eldar Fərzəliyev xəstəxanaya aparılarkən yolda keçinib. Avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini Zeynalov Əhəd Yusif oğlu isə xəstəxanaya çatdırılıb, vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti

Çox oxunanlar