Xəzər Xəbər

Bakıda oğurluq edən dəstə tutuldu

Hadisə | 12:44 • 11 May 2018
Bakıda oğurluq edən dəstə tutuldu
Bir sıra oğurluq hadisəsi törətməkdə şübhəli bilinən şəxslər polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb ediliblər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə bildiriblər ki, mayın 10-da Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində üç mağazadan pul, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən dörd nəfərdən ibarət qrup üzvləri saxlanılıb. Araşdırmalarla onların Yevlax rayon sakinləri Bəxtiyar Zamanov, Aidə Hüseynova və digər iki nəfərin yeniyetmə olduqları müəyyənləşib.

B.Zamanovun və bir yeniyetmənin aprelin 30-da paytaxtın Nizami rayonu ərazisindəki mağazaların birindən 12 ədəd mobil telefon və noutbuk oğurladıqları da məlum olub. Polis əməkdaşları üç mobil telefonu maddi sübut kimi onlardan götürüblər.

Növbəti əməliyyat tədbirləri ilə üç avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş İsmayıl Məmmədov saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti