Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları 1 nəfər
xarici vətəndaşın dövlət sərhədini pozmasının qarşısını alıb.
DSX-nın Mətbuat mərkəzindən XəzərXəbər-ə verilən xəbərə görə, dövlət sərhədinin pozulması halı Xudat sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Qusar
rayonunun Şirvanovka kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti
ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində
dövlət sərhədini pozmağa hazırlaşan naməlum şəxs sərhəd naryadı
tərəfindən aşkar olunub və hərəkətləri nəzarətdə saxlanılıb.
Sərhəd
pozucusu sərhəd zastavasının mühəndis-texniki çəpərinin məftillərinin
arasında keçərək sərhədboyu zolağa daxil olduqdan sonra sərhəd naryadı
tərəfindən saxlanılıb. Sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilib,
onun 1991-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Tukhtasinov Tolibjon
Rahmanjon oğlu olması müəyyən edilib. Fakt üzrə zəruri
əməliyyat-istintaq tədbirləri davam etdirilir.