Xəzər Xəbər

Biləsuvarda evdən 10 minlik qızıl oğurlanıb

Hadisə | 11:38 • 23 Aprel 2018
Biləsuvarda evdən 10 minlik qızıl oğurlanıb
Aprelin 21-də RPŞ-nin Səmədabad Polis Bölməsinə ərazidəki evlərdən birindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı müraciət daxil olub.


Din Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərXəbər-ə verilən xəbərə görə, əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Biləsuvar rayonu Səmədabad kəndində yaşayan Baloğlan Haqverdiyev olduğu müəyyən edilib.

O saxlanılaraq istintaqa təhvil verilib. Oğurladığı qızıl-zinət əşyaları isə maddi sübut kimi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Xəbər lenti