Xəzər Xəbər

20 gündə 72 yol qəzası olub: 28 ölü, 138 yaralı

Hadisə | 10:15 • 23 Aprel 2018
20 gündə 72 yol qəzası olub:
Aprel ayının 20 günündə respublikanın avtomobil yollarında 72 yol-nəqliyyat hadisəsi baş verib.


XəzərXəbər Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, aprel ayının 1-dən 20-dək yol qəzalarında 28 nəfər ölüb, 138 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, 2018-ci ilin 3 ayı ərzində Azərbaycanda 333 yol-nəqliyyat hadisəsi baş verib. Üç ayda (yanvar-fevral-mart) yol qəzalarında 173 nəfər ölüb, 438 nəfər isə xəsarət alıb.

Xəbər lenti

Çox oxunanlar