Xəzər Xəbər

Oğurluq edən şəxs iş başında yaxalandı

Hadisə | 18:12 • 3 Aprel 2018
Oğurluq edən şəxs iş başında yaxalandı
Şirvan dəmir yolu stansiyası ərazisindən oğurluq edən şəxs NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Şirvan Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur İbrahimov olduğu və stansiya ərazisindən 34 ədəd rels altlığını oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti