Nizami Rayon Polis
İdarəsinin 24-cü Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı
əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində rayon ərazisində iki mağazadan ümumilikdə 7 ədəd mobil
telefon oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, araşdırmalarla onun Göyçay rayon sakini Yusif Sadıqov olduğu müəyyən edilib.
Anoloji
hadisə Mingəçevirdə də qeydə alınıb. Belə ki, Mingəçevir Şəhər Polis
Şöbəsinə şəhər ərazisindəki zavodlardan birinin inzibati binasından
oğurluq edilməsi barədə müraciət daxil olub. Polis əməkdaşları
tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oradan 1 ədəd
kompyuter, 1 ədəd surətçıxaran aparat, 1 ədəd mühərrik və digər
əşyaların oğurlandığı məlum olub. Həyata keçirilən əməliyyat-axtarış
tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis
əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun şəhər sakini
Pərviz Nəbiyev olduğu müəyyən edilib.
Həmçinin İmişli
Rayon Polis Şöbəsinə müraciət edən Hacalmuradlı kənd sakini Tofiq
Babayev martın 28-nə keçən gecə şəhər ərazisində nəzarətçi işlədiyi
avtomobil təsərrüfatının anbarından 17 ədəd avtomobil təkərinin
oğurlandığını bildirib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən
müvafiq tədbirlər həyata keçirilib. Dərhal başlanan əməliyyat-axtarış
tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 4 nəfər qısa müddətdə
müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri
Səbuhi Soltanlı, Etibar Quliyev, Atakişi Hüseynzadə və Gədəbəy rayon sakini Səddam Mustafayev saxlanılıblar. Faktlarla bağlı cinayət işi başlanılıb. Araşdırmalar aparılır.