Xəzər Xəbər

Oğuzda dəhşət: Qayınatasını mişarla doğradı

Hadisə | 13:52 • 2 Aprel 2018
Oğuzda dəhşət:

Oğuz rayonunda qayınatasını öldürməyə cəhd edən kürəkən həbs olunub.

Rayonun Xaçmaz kəndində Tərlan İmanovla 27 yaşlı kürəkəni Səfa Fətəliyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

Mübahisə zamanı Səfa Fətəliyev əlində olan odun doğrayan elektrik mişarı ilə qayınatasının döş qəfəsi nahiyəsindən müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

Yaralı qayınata Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Səfa Fətəliyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq gedir./Teleqraf.com

Xəbər lenti