Xəzər Xəbər

Maşinist teplovozdan yanacaq oğurlamaq istədi

Hadisə | 14:59 • 8 Mart 2018
Maşinist teplovozdan yanacaq oğurlamaq istədi
Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən teplovozdan yanacaq oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb.


Bu barədə XəzərXəbər-ə DİN Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, martın 7-də Keşlə Dəmiryolu stansiyasının ərazisində teplovozdan 60 litr dizel yanacağı oğurlamağa cəhd göstərən 2 nəfər Keşlə Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların maşinist və köməkçisi olduqları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti