Sabunçu qəsəbəsi şəhər Şossesi küçəsində yerləşən paytaxt sakini Xanoğlan Hadıyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
XəzərXəbər-ə verilən məlumata görə, bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat verib.
Şikayətçi
fevralın 16-da evdə olmadığı müddətdə mənzilinin pəncərəsinin
qırıldığını, oradan 4 min manat dəyərində qızıl-zinət əşyaları və 280
manat pul oğurlandığını bildirib.
12-ci
Polis Bölməsi əməkdaşlarının "isti” izlərlə həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə
şübhəli bilinən həmin qəsəbədə yaşayan
Quba
rayon sakini Elmin İsayev tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq
etdiyi evin sahibi ilə qonşu olduğunu və həmin evdə heç kimin
yaşamadığını bildiyi üçün oradan oğurluq etdiyini bildirib.
E.İsayevin
ətrafında əlavə olaraq həyata keçirilən istintaq-əməliyyat tədbirləri
zamanı onun digər cinayətlərinin də üstü açılıb. Araşdırmalarla
saxlanılan şəxsin eyni gündə Sabunçu qəsəbəsində daha iki fərdi yaşayış
evinə oğurluq niyyəti ilə daxil olduğu və həmin mənzillərdən 2500 manat
dəyərində qızıl-zinət əşyaları və 317 manat pul oğurladığı məlum olub.
Qeyd
edilən faktlarla bağlı 12-ci Polis Bölməsində toplanan materiallar
araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə
göndərilib, araşdırmalar davam etdirilir.