Paytaxtın Səbail rayonu ərazisində, Səməd Vurğun küçəsində Bakı şəhər sakini olan bir qadının mobil telefonu naməlum şəxs tərəfindən açıq talama, yəni, soyğunçuluq yolu ilə ələ keçirilib. Bu barədə zərərçəkən Səbail Rayon Polis İdarəsi 39-cu polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən XəzərXəbər-ə bildiriblər ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Şahbazov saxlanılıb. O, ifadəsində törətdiyi hadisəni etiraf edərək ələ keçirdiyi mobil telefonu 240 manata satdığını bildirib.