Xəzər Xəbər

İrandan Azərbaycana zəhərli maddə keçirmək istəyən şəxs saxlanılıb

Hadisə | 13:33 • 15 Dekabr 2017
İrandan Azərbaycana zəhərli maddə keçirmək istəyən şəxs saxlanılıb

Astara Gömrük İdarəsində İrandan Azərbaycana piyada gələn İran vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.


Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, bu səbəbdən vətəndaş saxlanılıb və ona məxsus çamadan təkrar yoxlanılıb.

Yoxlama zamanı, çamadanda əvvəlcədən gömrük nəzarətinə şifahi, yazılı və ya elektron formada bəyan olunmayan 7 ədəd kiçikölçülü flakonda, təsiredici maddəsinin xalis çəkisi 48,541 qram olan metallik civə aşkar edilib. Bundan başqa, çamadanda ölkə ərazisinə gətirilməsi üçün müvafiq icazə sənədləri olmayan 1 ədəd portativ (əl) metalaxtaran detektor və 1 ədəd metalaxtaran detektorun funksiyalar bloku aşkarlanıb.

Xatırladaq ki, metallik civə Azərbaycanın müvafiq qanunu ilə təsdiq edilmiş "Zəhərli maddələrin Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar