Xəzər Xəbər

Dəm qazından zəhərlənənlərin STATİSTİKASI açıqlandı

Hadisə | 12:54 • 15 Dekabr 2017
Dəm qazından zəhərlənənlərin

2016-cı illə müqayisədə dəm qazından zəhərlənmələr azalıb.

XəzərXəbər-in Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, KİV-də aparılan marifləndirmə işləri nəticəsində bu hallar əhəmiyyətli dərəcədə azalıb:

"2016-cı ildə 455 nəfər dəm qazından zəhərlənib. Aparılan təbliğat nəticəsində 2017-ci ildə bu rəqəm 207 olub. Bu il dəm qazından zəhərlənmə ilə bağlı daxil olanlardan 1 nəfər ölüb. Ötən il isə ölüm halı olmayıb".

Xəbər lenti