Bakıda bədbəxt hadisə nəticəsində 28 yaşlı oğlan ölüb.
XəzərXəbər-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonu ərazisində yerləşən ticarət mərkəzindəki liftin təmiri zamanı 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Hadisə
yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri
cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki,
liftə təmir işləri görən 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu
liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə
qalaraq vəfat edib.
Xilasedicilər S.Şərifovun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.