Xəzər Xəbər

Ötən gün 10 yol qəzası olub 4 ölü, 11 yaralı

Hadisə | 14:19 • 11 Noyabr 2017
Ötən gün 10 yol qəzası olub

Ötən gün respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, qəzalarda 4 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Hər bir faktla bağlı araşdırma aparılır.

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 14-ü "isti izlər”lə açılıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər tutulub.

Xəbər lenti