Xəzər Xəbər

Piyadanı vurub öldürərək hadisə yerindən qaçmış sürücü həbs edilib

Hadisə | 15:33 • 21 Sentyabr 2017
Piyadanı vurub öldürərək hadisə yerindən qaçmış sürücü həbs edilib

Sentyabrın 17-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində naməlum sürücünün idarə etdiyi "Mersedes Benz” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1974-cü il təvəllüdlü Ağayeva Səmayə Sabir qızını vuraraq hərəkət zolağının qarşı tərəfinə çıxıb "Ford” markalı 99-HP-526 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən qaçıb, piyada isə aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, fakta görə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1990-cı il təvəllüdlü, Binəqədi rayon sakini Ruzpeykar Orxan Rüfət oğlu tərəfindən ona məxsus ”Mersedes Benz E 240” markalı 90 CP 033 dövlət qeydiyyat nişanlı avtomobillə törədilməsi müəyyən edilib və o, sentyabrın 20-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

O. Ruzpeykar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Naxçıvan şəhərində avtobus yanıb
Naxçıvan şəhərində avtobus yanıb FOTO
10:10 • 20 Sentyabr 2024
Bakıda restoranda yanğın olub
Bakıda restoranda yanğın olub
09:23 • 20 Sentyabr 2024
Bakıda körpünün üzərində iki maşın
Bakıda körpünün üzərində iki maşın YANIB
17:50 • 19 Sentyabr 2024
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib
Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib ölən var
19:39 • 14 Sentyabr 2024
Mənzildə meyit aşkarlanıb
Mənzildə meyit aşkarlanıb
11:18 • 12 Sentyabr 2024
Bakıda bir neçə obyektdə yanğın olub
Bakıda bir neçə obyektdə yanğın olub
10:03 • 12 Sentyabr 2024
Müğənni Kərimin toy zamanı döyülməsinin
Müğənni Kərimin toy zamanı döyülməsinin TƏFƏRRÜATLARI
11:35 • 11 Sentyabr 2024

Xəbər lenti