Xəzər Xəbər

Gürcüstandan qanunsuz gətirilən telefonlar müsadirə olunub

Hadisə | 14:33 • 21 Sentyabr 2017
Gürcüstandan qanunsuz gətirilən telefonlar müsadirə olunub

Avtomobilin torpedasında gizlədilən 6 ədəd mobil telefon gömrükdə aşkar olunub.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

İdarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin salonunda, torpedanın içərisində 6 ədəd "Samsung J3-6" markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti