Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı
mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü"
gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil
olan Azərbaycan vətəndaşının idarə etdiyi "BMV" markalı nəqliyyat
vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa
oturacağının içərisindən gömrük nəzarətindən gizlədilən və hər hansı
aksesuarı olmayan 39 ədəd "H-Mobile" markalı mobil telefonlar aşkar
edilib.
Faktla bağlı araşdırma aparılır.