Xəzər Xəbər

Salyanda evdən 18 min oğurlandı

Hadisə | 12:13 • 14 Avqust 2017
Salyanda evdən 18 min oğurlandı

Salyan rayonunda evdən 18 min manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də rayonun Xıdırlı kəndi ərazisindəki evlərdən birindən 18 000 manat pul, mobil telefon və 7900 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən kənd sakini Ruslan Abdullayev tutulub.

Xəbər lenti