Xəzər Xəbər

Qubada ana və qızını maşın vurub, uşaq ölüb

Hadisə | 12:01 • 26 İyun 2017
Qubada ana və qızını maşın vurub, uşaq ölüb

Qubada piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyunun 24-də saat 22 radələrində Quba rayonunun Gədik kəndi ərazisində Rəşad Qələmiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən kənd sakinləri Aynurə Xudaverdiyevanı və onun qızı Nazlını vurub. Nəticədə hər iki piyada xəstəxanaya yerləşdirilib, Nazlı orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti