Xəzər Xəbər

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs tutulub

Hadisə | 11:40 • 27 May 2017
Bakıda qadına qarşı soyğunçuluq edən şəxs tutulub

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs cinayət başında tutulub.

Hadisə paytaxtın Nəsimi rayonunda baş verib.

1976-cı il təvəllüdlü Sədaqət Eminovanın çantasından 700 manat pulu və telefonunu alıb qaçmaq istəyərkən, 2000-ci il təvəllüdlü Rzaqulu Allahverdiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti