Xəzər Xəbər

Bakıda hotelin şüşəsini təmizləyən işçilər yıxıldı: 1 ölü, 1 yaralı

Hadisə | 12:06 • 27 May 2017
Bakıda hotelin şüşəsini təmizləyən işçilər yıxıldı:

Bakıda faciəli hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, mayın 26-da Bakı şəhər sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki otellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar.

Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar