Xəzər Xəbər

Alyaskanın Rusiyaya birləşdirilməsinin tərəfdarları sürətlə artır

Gündəm | 11:11 • 28 Mart 2014
Alyaskanın Rusiyaya birləşdirilməsinin tərəfdarları sürətlə artır

 

Alyaskanın Rusiyaya birləşdirilməsi ilə bağlı Ağ Evin saytına altı gün öncə yerləşdirilmiş petisiya bu gün axşam saatlarına artıq 30 min dəstək səsi qazanıb.

ABŞ hakimiyyətinin petisiyaya rəsmi cavab verməsi üçün aprelin 20-ə kimi 100 minə qədər dəstək səsi qazanmalıdır.

Martın 21-də dərc olunmuş petisiyada deyilir: "Alyaskanın ABŞ-dan ayrılaraq Rusiyaya birləşdirilməsinə səs verin".

Müraciətdə qeyd edilir ki, Sibir sakinləri hələ qədim zamanlarda Berinq boğazından keçərək Alyaskaya qədər gediblər.

Ruslar 21 avqust 1732-ci il tarixdə Alyaskaya girən ilk avropalılar olublar.Rusiya 30 mart 1867-ci ildə Vaşinqtonda 7,2 milyon dollar qızıl pula Alyaskanı Amerikaya satıb.

Xəbər lenti

Çox oxunanlar