Xəzər Xəbər

Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin aspektləri müzakirə edilib

Gündəm | 11:39 • 30 Mart 2024
Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin aspektləri müzakirə edilib

29 mart 2024-cü il tarixində Moskva şəhərinə işgüzar səfəri çərçivəsində xarici işlər nazirinin müavini Elnur Məmmədov Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.

XİN-dən Xezerxeber.az-a verilən xəbərə görə, görüşdə ikitərəfli münasibətlərin aspektləri müzakirə edilib, qarşılıqlı faydalı əməkdaşlığın cari vəziyyəti, habelə perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər habelə regional və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyətə dair məsələləri nəzərdən keçiriblər.

Səfər çərçivəsində E.Məmmədovun Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq hüquq məsələləri, Latın Amerikası regionu ilə münasibətlərə məsul nümayəndələri ilə də görüşləri baş tutub.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024