Xəzər Xəbər

Səncər: Hər şey yandırılıb, dağıdılıb

Gündəm | 12:15 • 6 Dekabr 2021
Səncər: Hər şey yandırılıb, dağıdılıb

Təyyarə ilə səfər zamanı təkcə Şuşanın deyil, bütün Qarabağın darmadağın edildiyini gördüm. Salamat yer yoxdur.

XəzərXəbər xəbər verir ki, bunu Türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər deyib.

O bildirib ki, Şuşada bir neçə ev vardı, onlar da dağıdılıb: "Hər şey yandırılıb, dağıdılıb. Çox üzücü haldır. İnsan insana bunu necə edə bilər? O qədər nifrət haradan qaynaqlanır? Yaxşı, ulu babalar müharibə aparıb, nəsillər öldürülüb. Amma artıq yetər. Bu evləri dağıtmaqla hansı mesajı vermək istəyirlər? Bunu insan edə bilməz.

Xəbər lenti

Çox oxunanlar