Xəzər Xəbər

Səncər Prezidentlə görüşündən danışdı

Gündəm | 12:07 • 6 Dekabr 2021
Səncər Prezidentlə görüşündən danışdı

Cənab İlham Əliyevlə çox məhsuldar söhbətim baş tutdu. Onunla danışacağımız çox söhbətimiz var idi. Qarabağ münaqişəsindən danışdıq. Qərbin və ATƏT-in Minsk qrupunun ikiüzlülüyündən danışdıq.

XəzərXəbər xəbər verir ki, bunu türk əsilli ABŞ alimi, kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər deyib.

O bildirib ki, 44 günlük müharibədə Azərbaycan haqq mübarizəsi aparıb: "Əgər addım atmasaydıq, Qarabağ Ermənistanda qalardı. Şükür, bu gün torpaqlar geri qayıdıb. Mən bir türk millətçisiyəm. Amma əvvəlcə elmdə qüvvətli olmalısan. Əgər elmdə güclü olmasan, mübarizə apara bilməzsən. İlham Əliyev də bunu deyirdi. Mən başqa dövlət başçıları, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışanda demişəm, elmə diqqəti artırmalıq. Bizim hazırladığımız pilotsuz uçuş aparatlarının özəyində təməl elm var. Mən "biz türklər" dedikdə Azərbaycan, Türkiyə və digər türk dövlətlərindən danışıram. Biz elmə, tibbə təəssüf ki, bir qatqı göstərə bilməmişik. İnsanlığa borcumuz var. 44 günlük müharibədə ABŞ sərt reaksiya göstərəcək deyə qorxurdum. Çünki orada erməni lobbisi güclüdür və təəssüf ki, Amerika biz türklərə nifrət edir. 44 günlük müharibədə Amerika tərəfindən reaksiya olmadı, başları prezident seçkilərinə qarışmışdı. Amerika reaksiya göstərə də bilməz. Amerikalı, fransız, ingilis nə deyə bilər? Azərbaycan haqlı olaraq öz torpağını geri qaytardı".

Xəbər lenti