Xəzər Xəbər

Ukrayna “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından istifadəni genişləndirəcək

Gündəm | 15:44 • 19 Noyabr 2021
Ukrayna “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından istifadəni genişləndirəcək

Ukrayna Türkiyənin istehsal etdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından istifadəni genişləndirəcək.

Bu barədə Kiyevdə “Baykar" şirkətinin baş direktoru Haluk Bayraktarın Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Valeri Zalujnı ilə görüşündə razılıq əldə olunub.

Görüşdə Ukrayna Silahlı Qüvvələrində pilotsuz aviasiya üzrə daimi işçi qrupun yaradılmasını müzakirə edilib.

Valeri Zalujni Ukrayna Silahlı Qüvvələrinə göstərdiyi dəstəyə görə Haluk Bayraktara təşəkkürünü bildirib. Qeyd edib ki, Ukrayna Türkiyənin pilotsuz uçuş aparatlarından geniş istifadə etməkdə maraqlıdır.

Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər də müzakirə olunub. (AZƏRTAC)

Xəbər lenti