Xəzər Xəbər

Əlilliyin təyini ilə bağlı meyarlar dəyişir - Gələn il iyulun 1-dən...

Gündəm | 15:09 • 19 Noyabr 2021
Əlilliyin təyini ilə bağlı meyarlar dəyişir - Gələn il iyulun 1-dən...

“Gələn il iyulun 1-dən yeni meyarlar qüvvəyə minəcək. 190-dan çox ölkə bu meyarlar üzərindən əlillik dərəcəsini təyin edirlər”.

XəzərXəbər xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.

O bildirib ki, 2001-ci il mayın 22-də ÜST tərəfindən qəbul edilən yeni meyarlara əsasən, artıq əlilliklər 1-ci, 2-ci və 3-cü dərəcə ilə müəyyən edilməyəcək:

“Əlilliklər məhz orqanizm funksiyasının pozulmasının faizi ilə müəyyən ediləcək. Bu faizin həyat fəaliyyətinin müxtəlif kateqoriyalarına təzahürlü dərəcədə təsiri nəzərə alınmaqla həyata keçiriləcək. Bu gün 3-cü dərəcəli əlillikdə müxtəlif diaqnozlu xəstələr var. Amma onların nə müavinətində, nə də digər imtiyazlarında heç bir fərq yoxdur. Yeni meyarlar qüvvəyə mindikdən sonra hazırkı 3-cü qrup əlillik dərəcəsi 30-60 % orqanizm funksiyasının pozulması meyarı ilə müəyyən ediləcək. Belə olan halda 30 faiz orqanizm funksiyası pozulan vətəndaşın müavinəti 60 faiz orqanizm funksiyası pozulan vətəndaşın müavinətindən fərqlənməsi ədalətli yanaşmadır. Gələn il iyulun 1-dən bu meyarların qüvvəyə minməsi mürəkkəb islahatdır və bu istiqamətdə həkimlərin, həkim məsləhət komissiyalarının hazırlıqlarına başlanılıb”.

“Büdcə təsdiq edildikdən sonra, müavinətlərin artımı barədə rəqəm demək olar. Hələ ki, hər hansı rəqəm demək olmur, amma artım yanvar ayının 1-dən qüvvəyə minəcək və hazırda əlilliyi olan şəxslərə də şamil olunacaq”, - deyə A.Bayramov qeyd edib.

Xəbər lenti

Çox oxunanlar