Xəzər Xəbər

Milli Məclisdən 28 may və 18 oktyabrla bağlı QƏRAR

“Müstəqillik Günü haqqında” yeni qanun layihəsi II oxunuşda qəbul olunub
Gündəm | 12:25 • 12 Oktyabr 2021
Milli Məclisdən 28 may və 18 oktyabrla bağlı QƏRAR

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi II oxunuşda müzakirə olunub.

XəzərXəbər-in xəbərinə görə, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

11:30
Hazırda Milli Məclisin plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsi davam edir.

"Report"un xəbərinə görə, deputatlar layihə barədə fikirlərini bildirirlər.

Layihəyə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək mayın 28-i Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilir.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Xəbər lenti