Xəzər Xəbər

Koronavirus xəstələrinə müavinət ödənilir RƏSMİ

DSMF: COVID-19 xəstələrinə evdə müalicə aldıqları müddətdə müavinət ödənilir
Gündəm | 13:13 • 12 Oktyabr 2021
Koronavirus xəstələrinə müavinət ödənilir

“Azərbaycanda koronavirus infeksiyası ümumi xəstəlik kimi qəbul olunduğu üçün virusa yoluxan şəxslərə özünütəcrid dövründə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir”.

XəzərXəbər xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev deyib.

O bildirib ki, ilk 14 gün ərzində müavinət siğortaedən tərəfindən, 14 gündən çox olduqda isə yerdə qalan vəsait məcburi dövlət sosial siğortası hesabına ödənilir.

Xəbər lenti