Xəzər Xəbər

Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilib

98 deputat qərarın lehinə səs verib
Gündəm | 12:39 • 3 Avqust 2021
Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilib

Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə qərar Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında qəbul edilib.

İclasda “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” məsələ müzakirə olunub.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

98 deputat qərarın lehinə səs verib.

Bununla da Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırıb.

İclas Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, polis əməkdaşını döydüyü üçün Eldəniz Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024