Xəzər Xəbər

Azərbaycanda yoluxma sürətlə artdı - SƏRT QADAĞALAR OLACAQ?

Gündəm | 15:10 • 29 İyul 2021
Azərbaycanda yoluxma sürətlə artdı - SƏRT QADAĞALAR OLACAQ?

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayı artmaqda davam edir. Ötən gün 750 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.

Statistik rəqəmlər artdıqca hamını yalnız bu sual düşündürür. Görəsən növbəti mərhələdə hansı qadağalar bərpa oluna bilər? Sərt karantin bərpa oluna bilərmi?

Mövzu ilə bağlı tibbi ekspert, dosent Şəhla Balayeva danışıb. O bildirib ki, qapanmalardan daha  çox vaksinasiya prosesinə diqqət edilməlidir:

“Təəssüf ki, əhalinin çox  az bir qismi peyvənd olunub. Dövlət tərəfindən bu istiqamətdə müxtəlif tədbirlər görülsə də, hələ də insanlar peyvənd olunmaq istəmir”.

Ekspert bildirib ki, karantin qadalarının sərtləşdirilməsinə ehtiyac yoxdur:

“Sentyabr ayında bir çox yerlərə COVID-19 pasportu olmayanları girişinə qadağa qoyulacaq. Bu, çox müsbət qərardır. Karantin qaydalarını sərtləşdirməkdənsə vətəndaşlarımızı vaksinasiyaya cəlb etməliyik. Düşünürəm ki, növbəti mərhələdə sərt karantin qaydaları tətbiq edilməyəcək və buna ehtiyac yoxdur”./Redaktor.az 

Xəbər lenti