Xəzər Xəbər

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri Şuşada

Gündəm | 14:28 • 29 İyul 2021
Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri Şuşada

Şuşada səfərdə olan Türkiyə və Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri iyulun 29-da Yuxarı Gövhərağa məscidində olublar.

Qonaqlara məscidin tarixi, işğal dövründə ermənilərin burada törətdiyi dağıntılar, eyni zamanda, Şuşanın azad edilməsindən sonra ibadət ocağında aparılan təmir-bərpa işləri barədə məlumat verilib.

Nümayəndə heyətlərinin üzvləri məsciddə namaz qılıb, dua ediblər.

Xatırladaq ki, parlamentarilər Şuşadan sonra Füzuliyə səfər edəcək, 30 ilə yaxın erməni işğalı altında qalan rayonda erməni vandalizminin izləri ilə tanış olacaqlar.

Xəbər lenti