Bakı 14 ℃
Xəzər Xəbər
USD 1.7

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının tərkibi təsdiq edilib

Gündəm | 143 | 14:03 • 22 Fevral 2021
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının tərkibi təsdiq edilib

Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. 

Xezerxeber.az xəbər verir ki, sərəncamla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

                                                                         Müşahidə Şurasının sədri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

                                                                        Müşahidə Şurasının üzvləri

Rəhman Hümmətov – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Mətin Eynullayev – Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini

Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.

Çox oxunanlar

Neftin bahalaşması davam edir
133 | 10:10 • 14 Aprel 2021