Xəzər Xəbər

Prezidentin xüsusi nümayəndəliklərində yeni vəzifələr yaradıldı FƏRMAN

Prezidentin xüsusi nümayəndələri ilə bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilib
Gündəm | 13:49 • 22 Fevral 2021
Prezidentin xüsusi nümayəndəliklərində yeni vəzifələr yaradıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

XəzərXəbər-in məlumatına görə, sənədə əsasən Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.4-cü yarımbəndinə aşağıdakı məzmunda 4-2-ci abzas əlavə edilir:

“4-2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;”.

Xəbər lenti