Xəzər Xəbər

Korrupsiya yol vermiş 281 şəxs barəsində cinayət işi məhkəmələrə göndərilib

Gündəm | 13:29 • 8 Yanvar 2021
Korrupsiya yol vermiş 281 şəxs barəsində cinayət işi məhkəmələrə göndərilib

Keçən il korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılıb. Hesabat dövründə korrupsiya hüquqpozmasına yol vermiş 281 şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.


Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, bu barədə Baş prokuror Kamran Əliyev rəhbərliyi ilə keçirilən əməliyyat müşavirəsində məlumat verilib.


Müşavirə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində prokurorluq orqanları tərəfindən 2020-ci il ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024