Xəzər Xəbər

Ötən il 30 prokurorluq işçisi məsuliyyətə cəlb edilib

Gündəm | 13:01 • 8 Yanvar 2021
 Ötən il 30 prokurorluq işçisi məsuliyyətə cəlb edilib

Ötən il yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Xezerxeber.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirdiyi əməliyyat müşavirəsində deyib.

O qeyd edib ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq edilib.


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024