Bakı 20 ℃
Xəzər Xəbər
USD 1.7

Ermənistan Azərbaycan adından əsgərlərimizə yardım adı altında vəsait toplayır

Gündəm | 302 | 14:16 • 20 Oktyabr 2020
Ermənistan Azərbaycan adından əsgərlərimizə yardım adı altında vəsait toplayır

Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyi uğurlar, torpaqlarımızın azad edilməsi hər birimizi qürurlandırır. Bu haqlı mübarizədə vətəndaşlarımız əsgər və zabitlərimizə dəstək olmağa çalışır.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən xezerxeber.az-a bildirilib ki, Ermənistan tərəfi isə vəziyyətdən sui-istifadə edərək, "Telegram” və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında vəsait toplayır.


Nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, indiki vaxtda maksimum diqqətli olsunlar və yalnız rəsmi məlumatlara istinad etsinlər.


Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda "www.cert.az” saytı və ya "reports@cert.az” elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.


Qeyd edək ki, Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrə Yardım Fondu yaradılıb. Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllülük əsasında fonda vəsait köçürə bilirlər.

Çox oxunanlar

Bir həftə iş olmayacaq
608 | 17:16 • 19 Aprel 2021